Zelenskiyə təklif: Putinlə görüşə tək getmə!

 09:43 11.07.2019     324

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə yalnız Kiyevin partnyorları ilə birgə görüşməlidir.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib.

“Mən birmənalı olaraq deyirəm ki, görüş bizim dostlarımız və partnyorlarımızla birgə baş tutsun. Onlara güvənmək lazımdır. Bəzən onlarla danışmaq asan olmur. Lakin bu dövrdə bizə çox lazımdırlar. Bu format necə olacaq? – Normand, ştatlar, kombinasiya, AB... Bunlar haqqında danışmaq lazımdır” - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Belarusun paytaxtı Minskdə görüşməyi təklif edib.