Konqres Rusiyaya ağır zərbəyə hazırlaşır

 10:03 12.07.2019     415

ABŞ Konqresinin Nümayəndələr Palatası 2020-ci maliyyə ili çərçivəsində Rusiyanın suveren borcuna qarşı sanksiya tətbiqini nəzərdə tutan müdafiə büdcəsi layihəsinə düzəlişi təsdiqləyib.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, layihənin qəbulunun əsas təşəbbüskarları Demokratlar Partiyasından olan konqresmenlər Bredli Şerman və Maksin Uoters olub.

Bununla belə, düzəlişin əlavə edildiyi müdafiə büdcəsi hələlik təsdiq edilməyib. Sənəd Konqresin aşağı və yuxarı palatalarında dəstəklənərsə, təsdiqlənməsi üçün ABŞ Prezidenti Donald Trampa göndəriləcəyi vurğulanıb.