Xələf Xələfov və Qriqori Karasin arasında telefon danışığı olub

 10:59 12.07.2019     459

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Qriqori Karasin arasında telefon danışığı olub.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat yayılıb.

Bildirilib ki, telefon danışığı zamanı nazir müavinləri ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq və regional gündəmdə olan məsələləri, o cümlədən avqustun 12-də Türkmənistanın Avaz şəhərində keçiriləcək I Xəzər İqtisadi Forumuna hazırlığı müzakirə ediblər.