Avropa İttifaqının Azərbaycanda keçirdiyi rəy sorğusunun NƏTİCƏLƏRİ

 12:52 12.07.2019     292

Avropa İttifaqının (Aİ) Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri açıqlanıb.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, sorğuda iştirak edən azərbaycanlıların 46%-nin Avropa İttifaqı ilə bağlı düşüncələri müsbətdir.

O bildirib, 6% faiz insan Aİ haqda mənfi fikrə sahibdir.

Səfirin sözlərinə görə, sorğuda iştirak edənlərdən 78% hesab edir ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri yaxşı səviyyədədir: “75% isə İttifaqın dəyərlərini öz dəyərləri kimi qəbul edir”.

K. Yankauskas rəy sorğusunun 1000 nəfər müsahibə əsasında aparıldığını  və 4-cü dəfə keçirildiyini vurğulayıb.//Apa.az