“Statuskvo qəbuledilməzdir və Fransa bunu dəfələrlə bəyan edib” - Xələf Xələfov

 23:13 12.07.2019     791

“Fransa region üçün ağrılı problem olan Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ konfliktinin həlli üçün çalışan ATƏT Minsk Qrupunun həmsədrlərindən biridir. Statuskvo qəbuledilməzdir və Fransa da digər ATƏT Minsk qrupunun həmsədrləri kimi bunu dəfələrlə bəyan edib”. 

Redaktor.az APA-ya istinadən bildirir ki, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov Fransanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.  

O, əlavə edib ki, Fransa konfliktin ədalətli həlli istiqamətində səylərini daha da gücləndirəcək: “Biz inanırıq ki, Fransa Cənubi Qafqazda sülhə və inkişafa ən böyük təhdid olan bu konfliktin ədalətli və davamlı həllinin tapılması istiqamətində səylərini daha da gücləndirəcək”.