Rusiya və Hindistan razılığa gəldi - Hərbi müqavilələrdə milli valyutalardan istifadə ediləcək

 06:22 16.07.2019     306

Rusiya və Hindistan ABŞ-ın mümkün sanksiyalarının qarşısını almaq məqsədilə hərbi müqavilələrdə milli valyutalardan istifadə edilməsi barədə razılıq əldə edib.

Bu barədə "Blumberq" məlumat yayıb.

Məlumata əsasən, tərəflər ödənişləri yeni ödəmə mexanizmi vasitəsilə həyata keçirəcəklər. Belə ki, Rusiyanın hazırda Hindistan donanması üçün inşa etdiyi iki gəminin ilkin ödənişinin yeni mexanizmlə bu yaxınlarda edilməsi planlaşdırılır. /axar.az/