"Azərbaycan Saakaşvilinin tərəfdarlarına dəstək verməlidir" - İLGİNC TƏKLİFLƏR...

 10:48 16.07.2019     335

Cənubi Qafqazda yeni senari hazırlanır.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Azərbaycan-Gürcüstan sərhədində son baş verən hadisələrə münasibət bildirib. Politoloq hesab edir ki, Gürcüstan prezidenti Salome Zurabişvili birbaşa bu provakasiyanın təşkilatçısıdır:

“1989-cu ildə Qarabağda Topxana meşəsini ermənilər zəbt edəndə provakasiyadır, təxribatdır deyildi. Onda da erməniləri Rusiya təhrik edir, ekstremistlər vasitəsilə Topxana ətrafında məsələni qızışdırır, azərbaycanlıları prosesdən uzaqlaşdırmağa çalışırdılar. Oradakı azərbaycanlılardan ov tüfənglərini yığdılar ki, ermənilərə qarşı təxribata getməyin. Həmin təxribat 20% torpaqlarımızın işğalına gətirdi və bu işğal hələ də davam edir. Bu təxribatlar nəticəsində 40 minə yaxın şəhidimiz, bir milyon qaçqınımız var. Gürcüstanla sərhəddə eyni analoji hal davam edir. Eyni senaridir, ruslar gürcü eksterimistləri Keşişçidağa göndərib təxribat edirlər. Bizə də deyirlər ki, bu təxribata getməyin. Bundan sonra Borçalıdan azərbaycanlıların kütləvi köçü başlasa, gürcülər oradakı azərbyacanlı kəndlərə hücümlar təşkil etsə, yenə deyəcəklər ki, təxribata getməyin...”

Politoloq vurğulayıb ki, Gürcüstanda Bidzina İvanişvilinin partiyası Rusiya layihəsidir və regionda Moskvanın maraqlarını müdafiə edir:

“90-cı illərin əvvəllərində bizi ermənilərlə üz-üzə qoydular. İndi isə, Kreml bizi gürcülərlə üz-üzə qoyur. Prosesdə erməni barmağı da var. Bu təxribat deyil, bu böyük saraylarda işlənmiş xalqımıza və dövlətimizə qarşı çox məkrli plandır. Mütləq şəkildə təxribatçılar güllələnməli, ərazilərimiz müdafiə olunmalıdır. Yoxsa Keşikçidağ məlum qüvvələr tərəfindən Gürcüstana güzəştə gediləcək. Bundan sonra gürcülər Zaqatala və Qaxın birləşdirilməsi üçün kütləvi sərhəddə axın edəcəklər. Çünki, Gürcüstanda Zaqatala və Qaxa qarşı ərazi iddiaları irəli sürülür”.

M. Əsədullazadə qeyd edib ki, xalqımız ayıq-sayıq olmalıdır:

“Keşikçidağ ətrafında xalqımıza qarşı bu məkrli planın qarşısını xalq olaraq almalıyıq. Görünür, rəsmi Bakının bu məsələlər ətrafında manipulyasiya siyasəti var. Proseslərdə bir o qədər maraqlı görünmür. Ona görə də gürcü ekstermistlər əsgərimizin silahını alaraq özlərinə qarşı hər hansı bir güc tətbiq olunmamasından arxayın idilər. Ölkə daxilində Rusiyaya bağlı 5-ci kolon da bu proseslərə dəstək verir”.

Politoloq bildirib ki, Zurabişvili rus-erməni lobbisinin və Kremlin geosiyasi maraqları konteksində Azərbaycana qarşı siyasət həyata keçirir:

“Rəsmi Bakı Gürcüstan daxilində siyasətini artırmalı, Saakaşvili qüvvələrinə diqqət etməli və dəstək verməlidir”.  

Firuzə Vahid / REDAKTOR.AZ