İran, Azərbaycan, Rusiya və Türkiyə nazirləri arasında saziş imzalanıb

 15:07 17.07.2019     341

Tehranda İran, Azərbaycan, Rusiya və Türkiyə rabitə və informasiya texnologiyaları nazirlərinin iştirakı ilə iclas keçirilib.

 İclasda İran rabitə və informasiya texnologiyaları Məhəmməd Cavad Azəri Cəhromi, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə,  Rusiyanın Rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov və Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumunun İdarə Heyətinin sədri Ömər Abdullah Qaragözoğlu iştirak edib.

Məhəmməd Cavad Azəri Cəhromi iclası müsbət qiymətləndirib və bildirib ki, ötən bir il ərzində 3 ölkənin rabitə və informasiya texnologiyaları nazirləri ilə müştərək məqsədə çatmaq üçün davamlı əlaqələr yaradılıb: “Bizim məqsədimiz dijital iqtisadiyyat sahəsində müştərək bazar yaratmaqdır, çünki dünya iqtisadiyyatının böyük hissəsi dijital iqtisadiyyat üzərində qurulub”. /apa/