Qənirə Paşayeva Taylandın tanınmış təşkilat rəhbərləriylə görüşüb - FOTOLAR

 15:59 21.07.2019     1640

Millət vəkili Qənirə Paşayeva Taylandın Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyalarının rəhbərliyi və tanınmış təşkilat rəhbərləri ilə görüşdə köçkün qadınlardan danışıb.

Redaktor.az bildirir ki, Tayland Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi, Taylandın tanınmış təşkilat rəhbərləri, fəal qadınları ilə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Taylandla əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Tayland ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. 

Millət vəkili Q.Paşayeva Tayland Biznes və Peşəkar Qadınlar Federasiyasının nümayəndə heyəti, tanınmış təşkilat rəhbərləri, fəal qadınları ilə görüşdə onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib. Millət vəkili xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Tayland Biznes və Peşəkar Qadınlar Federasiyasının nümayəndə heyətinə, Taylandın tanınmış təşkilat rəhbərləri və  fəal qadınlarına məlumatlar verib, fikir mübadiləsi aparılıb.

Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır. Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları onlara təqdim edən millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib və sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq deyib. Tayland Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi, tanınmış təşkilat rəhbərləri, fəal qadınları Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini, iki ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıb. İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivləri olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. 

Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Tayland Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti və Taylandın tanınmış təşkilat rəhbərləri, fəal qadınlarına Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

222