İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

 18:00 08.08.2019     243

Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident,

Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".