İrəvan həmsdərlərin fəaliyyətindən RAZIDIR: Azərbaycan nə etməlidir?

 17:45 26.08.2019     667

Həmsədrlər yeni görüş təşkil etməklə danışıqlara impuls vermək və ilin axırına kimi prosesdə görüntü yaratmağa çalışacaqlar.

Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlamasına münasibət bildirib.

Politoloq hesab edir ki, Ermənistan tərəfi Moskva və Vaşinqton danışıqlarını fiaskoya uğradıb:

“Minsk qrupunun həmsədrləri İrəvanın son aylarda danışıqlara zərbə vuran bəyanatlarına da demək olar ki, reaksiya verməyiblər. Halbuki həmsədrlər mütləq şəkildə İrəvanın bu kəskin açıqlamalarına qarşı hərəkətə keçməli idilər. Məhz ilin axırının yaxınlaşması ilə həmsədrlər sadəcə yenidən dirilərək, guya danışıqları bərpa etmək istədikləri görüntüsü ilə özlərini reklam edəcəklər. Ümumiyyətlə, İrəvanda həmsdərlərin fəaliyyətindən razıdırlar. Azərbaycan tərəfi BMT-də Qarabağ məsələsini qaldırmalı, prosesi siyasi və hərbi istiqamətdə irəlilətməlidir”.

Firuzə Vahid / REDAKTOR.AZ