ABŞ-ı necə razı salmaq olar?! - Ermənistan Müdafiə və Xarici İşlər nazirləri arasında qapalı müzakirə

 16:58 29.08.2019     490

Bu günlərdə Ermənistan Müdafiə naziri, Xarici İşlər naziri və bəzi səfirlərin iştirakı ilə qapalı müzakirələr keçirilib. 

Redaktor.az ordu.az-a istinadən xəbər verir ki, müzakirə mövzusu ABŞ hakimiyyəti tərəfindən mənfi qarşılanan Suriyaya göndərilmiş hərbi heyət olub. 

Məlumata görə, ABŞ tərəfi bu günlərdə təkrarən məsələnin Ermənistan-ABŞ münasibətlərinə mənfi təsir etdiyinə dair Ermənistan hakimiyyətinə narazılığını ifadə edib. Müzakirələrin məqsədi yaranmış vəziyyətdən çıxış yolu tapmaq, ABŞ-ın rəğbətini qazanmaq və razı salmaq yollarının axtarışı olub. Lakin Suriyadan hərbi heyətin çıxarılması müzakirə mövzusu deyil, çünki belə olan halda Rusiya ilə problemlər yarana bilər.

Ermənistan Xarici İşlər Nazirliyi belə bir müzakirənin keçirildiyini inkar etsə də, nəşr, müzakirə edilən mövzu, detallar və qəbul edilən qərarla bağlı məlumatlı olduğunu qeyd edir.