Latviya səfirliyi bir neçə gün fəaliyyət göstərməyəcək

Yeni ünvana köçməsi ilə əlaqədar Latviyanın Azərbaycandakı səfirliyi sentyabrın 9-dan 15-dək fəaliyyət göstərməyəcək.
Redaktor.az-ın xəbərinə görə, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilib.
Bildirilib ki, sentyabrın 16-dan etibarən səfirlik yeni ünvanda - İSR Plaza, Nizami küçəsi 69, 11-ci mərtəbə - fəaliyyət göstərəcək.//Apa.az