Prezident İlham Əliyev Braziliya Prezidentini təbrik edib

 18:15 06.09.2019     54

Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Braziliya Federativ Respublikasının Prezidenti Jair Bolsonaruya təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Braziliyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına daim sülh və rifah diləyirəm".