Tramp bu şəxslərin ABŞ-a gəlişini MƏHDUDLAŞDIRIR

Donald Tramp yenə gündəmi dəyişəcək qərar qəbul etmək niyyətindədir.
Redaktor.az-ın məlumatına görə, ABŞ prezidenti ölkəyə qaçqınların gəlişini məhdudlaşdırmaq istəyir. Bu haqda informasiyanı "New York Times" nəşri yayıb.
Məlumata görə, Tramp Adminstrasiya üzvləri ilə keçirdiyi iclasda qaçqınların ölkəyə buraxılışını limitləşdirmək istədiyini bildirib. İclasda ABŞ-a qaçanların sadəcə 10-15 mininə yaşamaq və ya buraxılış icazəsi verilməsi müzakirə olunub.
Qərarın 2020-ci ildən icrasına başlanacağı bildirilib. Qəzetin məlumatına görə, məsələyə "Ağ Ev"dən rəsmi münasibət bildirilməyib.
İlkin Sultanlı / Redaktor.az