ATƏT PA-nın növbəti il keçiriləcək illik sessiyasının vaxtı və yeri məlum olub

 21:27 11.09.2019     329

ATƏT Parlament Assambleyasının növbəti il keçiriləcək illik sessiyasının vaxtı və yeri məlum olub.

Redaktor.az ATƏT PA-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qurumun 29-cu illik sessiyası Kanadanın Vankuver şəhərində keçiriləcək. Növbəti il keçiriləcək illik sessiya iyulun 3-dən 7-dək davam edəcək.

Qeyd edək ki, Kanada ikinci dəfə ATƏT PA-nın illik sessiyasına ev sahibliyi edəcək. Belə ki, 1995-ci ildə təşkilatın 4-cü illik sessiyası Ottava şəhərində keçirilib. Həmçinin 2008-ci ilin sentyabr ayında qurumun payız iclası Kanadanın Toronto şəhərində baş tutub. /apa/