Azərbaycan XİN Krımda keçirilmiş “seçkilər”ə münasibət bildirib

 17:41 12.09.2019     260

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”ə münasibət bildirib.

Redaktor.az-ın XİN-ə istinadən verdiyi xəbərə görə, L. Abdullayeva bildirib ki, Azərbaycan XİN Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.

“Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır”, - deyə o, qeyd edib.