Ü.Cəfərov: "Putinin üzr istəməsini tələb edin" - Ekspertdən dindarlara ÇAĞIRIŞ

 16:15 13.09.2019     1284

Rusiya prezidenti Vladimir Putin sırf bir rus xüsusi xidmət orqanlarının (KQB-nin) dünyanın fəlakətləri üçün yetişdirdiyi şəxsdir.

Redaktor.az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərli Rusiya Prezidenti Vladimir Putinin Dağıstana səfəri zamanı, 20 il öncədən saxladığı “arağını” içməsinə münasibət bildirib.

Ekspert hesab edir ki, Putinin hərəkəti bağışlanmazdır:

“O, bu hərəkəti ilə həm öz ölkəsində, həm də əhli müsəlman aləmində ən böyük lənətini qazandı. İndi müsəlmanlar üçün müqəddəs sayılan Məhərrəmlik ayıdır və bu ayda edilən hərəkətlər diqqətdən kənarda qalmır. KQB yetirməsi olan Putin məhz dünən məqsədyönlü şəkildə Dağıstana, müsəlmanların dinə-imana daha çox bağlı olduğu, önəm verdiyi bir məkana gəldi və bütün müsəlmanları saymazyana şəkildə, çox qaba və tərbiyəsizcəsinə təhqir etdi”.

Ü. Cəfərov Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxüislam Allahşükür Paşazadəyə və ümumiyyətlə Qafqazda dini işlərlə məşğul olan insanlara müraciət edib:

“Öz kanallarınız vasitəsiylə Rusiya prezidentinin bütün müsəlmanlardan üzr istəməsini tələb edin. Məhərrəm ayında, özü də İmamların 3 mərasimi gününə təsadüf edən bir gündə, belə saymazyanalıq, belə təhqiramiz hərəkətə görə Putin rəsmi şəkildə üzr istəməlidir. Dərindən fikirləşəndə, Rusiya prezidentinin dünənki "araqiçmə, vur-çatlamasın" hərəkəti bütün müsəlman dünyasına bir həqarət və təhqir idi. Mən düz fikirləşmirəmsə, bəri başdan üzr istəyirəm”.

İlahiyyatçı Rəsul Mirhəşimli məsələ ilə bağlı saytımıza danışıb.

R.Mirhəşimli hesab edir ki, Putinin Dağıstana səfəri zamanı araq içməsi özünün də dediyi kimi, rus ənənəsinin nümayişi olub:

“Görüntülərdən də aydın olur ki, orda əyləşənlərin hamısının əlində badələr var. O tədbirdə olan müsəlmanlar spirtli içkilərin haram olduğunu bilirsə, o zaman həmin adamlar ilk növbədə bu məsələnin yolverilməz olduğunu izah etməli idilər”.

R. Mirhəşimli vurğulayıb ki, İslam dininin hökmlərinə görə, spirtli içki haramdır:

“İçkinin hansı ayda içilməsi, yaxud qadağan edilməsi mübahisə mövzusu deyil. Haram bütün zamanlarda haram olaraq qalır...”  

Firuzə Vahid / REDAKTOR.AZ