Parlament seçkilərində Azərbaycanı hansı risklər gözləyir? - "RUSİYA VƏ İRAN FƏALLAŞACAQ"

 09:53 16.09.2019     3458

“Trampın Boltonu vəzifədən çıxarması Azərbaycana da təsirsiz ötüşməyəcək”.

Redaktor.az bildirir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

N. Cəfərsoy hesab edir ki, mövcud şəraitdə Cənubi Qafqazda strateji tarazlıgın davamı üçün xüsusilə iki əsas məsələ çox vacibdir:

“Bunlardan birincisi Rusiyanın regionda təsir imkanlarını artırmaq və bu çərçivədə Azərbaycanı öz orbitinə daha çox çəkmə cəhdləridir. Bolton Tramp adminstrasiyasında Rusiyanın regionda öz təsir imkanlarını artırmasından ən çox narahat olanlardan idi. Onun getməsi Tramp adminstrasiyasında Rusiyaya güzəştlə yanaşma istəyini daha da gücləndirəcək bir hadisədir. Tramp Boltonun bu konteksdə yerini dolduracaq addım atmasa, siyasi kurs götürməsə, bu, Kremlin Azərbaycana təzyiq etmə və bunu ABŞ-a qəbul etdirmə imkanlarını artıracaq”.

N. Cəfərsoy Boltonun İrana qarşı sərt siyasi kursun tərəfdarı olduğuna da diqqət çəkib:

“Bu da İranın qonşusu olması və Cənubi Azərbaycan amili səbəbiylə Azərbaycanın strateji önəmini daha çox artırmaqdaydı. Bu önəm də Azərbaycana Rusiyanin təzyiqlərinə qarşı Vaşinqtondan nisbətən daha çox dəstək alma imkanı verirdi. Boltonun Qarabağ məsələsi ilə bağlı nisbətən müsbət mövqeyi də onun Rusiyaya baxışı ilə izah oluna bilər. Belə ki, Qarabağ münaqişəsinin həlli Rusiyanın Azərbaycana ən önəmli təzyiq vasitəsinin aradan qalxmasına xidmət edərdi. Fikrimcə Bolton Qarabağın həlliylə bağlı müsbət tezislər səsləndirənməsi də həm də Rusiyanln Azərbaycana qarşı təzyiqinin azalda bilməsi ilə izah oluna bilər. Eyni zamanda, Rusiya faktoru da Azərbaycana olan marağa təsir etmiş olurdu. 

N. Cəfərsoy qeyd edib ki, Trampın son dövrlərdə həm Rusiya, həm də İran mövzusunda nisbətən yumuşaq mesajları diqqəti cəlb edir:

“Bu çərçivədə Tramp Ukrayna problemi davam etməsinə baxmayaraq, Rusiyanın G-7-yə qayıtmasına müsbət yanaşdığını bildirməsi və İran prezidenti Həsən Ruhani ilə BMT sessiyasında görüşə biləcəyini ifadə etməsi bu qəbildəndir. Tam da bu mesajlar sonrası Boltonun istefaya göndərilməsi, ABŞ-ın Rusiya və İran siyasətində Azərbaycan üçün riskləri artıracaq məqamlar yaradır. Qarşıdakı 1 ildə ABŞ-da prezident seçkiləri əsas gündəm olacaq. Tramp ikinci dəfə seçilmək üçün əsas diqqətini daxili siyasətə yönəldəcək. Bu da ümumilikdə xarici siyasəti, spesifik olaraq da Qafqaz regionunu müəyyən mənada diqqətdən kənarda qoyacaq və ya daha aşağı səviyyəli rəsmilərin insafına buraxacaq. Belə bir zamanda Rusiya və İran mövzusunda həssas olacaq bir milli təhlükəsizlik müşaviri Azərbaycan üçün daha faydalı olardı”.

N. Cəfərsoy bildirib ki, Trampın yeni müşavirinin bu həssasiyyətə sahib olmasına ümid edilməlidir:

“Rusiya ABŞ-dakı prezident seçkiləri prosesini regionda öz təsir imkanlarını daha da artırmaq üçün yeni bir fürsət olaraq istifadə edəcək. Ancaq ABŞ-ın sərt etirazları ilə qarşılaşmamaq və Rusiya əleydarlığının ABŞ seçki kampaniyasında əsas motivlərdən birinə çevrilməməsi üçün Azərbaycana qarşı nümayişkəranə kəskin təzyiqlər yerinə, pərdə arxasındakı “hibrid savaş”ı kimi xarakterizə edilən örtülü fəaliyyətlər və dolayı  təsir imkanlarından daha fəal istifadə edəcək.

Eyni formada İran da ABŞ-dakı prezident seçkiləri prosesini öz maraqlarına iuyğun stifadə etmək və Azərbaycanda mövqelərini daha da gücləndirmək üçün fəaliyyətlni aktivləşdirəcək. Bu fəaliyyətin ABŞ-dakı seçki kampaniyasında İran əleydarlığı formasında istifadə edilməməsi üçün də rəsmi Tehranın Rusiya kimi dolayı vasitələrdən istifadə edəcəyini düşünürəm”.

N. Cəfərsoy istisna etmir ki, Azərbaycan üçün prosesləri daha riskli edən,  həm də 2020-ci ildə Azərbaycanda parlament seçkilərinin keçirilməsi olacaq:

“2020-ci ilin parlament seçkiləri həm Rusiya həm də İranın Azərbaycanda fəallaşması üçün yeni mühüm manevr imkanları yarada bilər. Bütün bu qeyd edilənlər konteksində, bizi ciddi proseslərin baş verəcəyi 2020-ci ilin gözlədiyini deyə bilərik”.

Firuzə Vahid / REDAKTOR.AZ