Masallıda iki avtomobil toqquşub - Ölən və yaralananlar var

 13:37 16.09.2019     348

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, sentyabrın 15-də saat 17 radələrində Masallı rayonunun Köhnə Alvadı kəndi ərazisində kənd sakini M.Əliyevin idarə etdiyi “Volvo” markalı yük avtomobili və Cəlilabad rayon sakini V.Zeynalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə V.Zeynalov və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sahil Zeynalov orada ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.