"Beynəlxalq ictimaiyyət Paşinyanın bəyanatına biganə qalmamalıdır"

 18:30 16.09.2019     304

“Azərbaycan torpaqları üzərindən işğalın qaldırılması üçün həmrəyliyimizi davam etdiririk”.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.   

F. Oktay deyib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, 1 milyon azərbaycanlının torpaqarına qayıtması ən böyük arzularıdır: “Ermənistan Baş nazirinin Dağlıq Qarabağın Ermənistana aid olması barədə bəyanatını da təəccüblə qarşılayırıq. Bu cür bəyanatlara beynəlxalq ictimaiyyətin biganə qalmaması lazımdır. Türkiyə buna səssiz qalmayıb və qalmayacaq”.//Apa.az