Zurabişvili Əliyevə telefon açdı və təşəkkür etdi

 10:58 17.09.2019     258

Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Gürcüstan Prezident Administrasiyası yayıb. Telefon danışığı zamanı Zurabişvili Əliyevə Qax rayonu Əlibəyli kəndində gürcüdilli orta məktəbin açılışına görə təşəkkür edib.

İlham Əliyev isə öz növbəsində Azərbaycanın Gürcüstana həm dost, həm də strateji tərəfdaş kimi dəstəyini təsdiq edib.

Zurabişvili həmçinin İlham Əliyevə Gürcüstana Ümumdünya Ticarət Təşkilatının Avropa Regional Bürosuna rəhbər seçkisi prosesində dəstək verdiyi üçün təşəkkürünü çatdırıb. O, Azərbaycan liderini Gürcüstana dəvət edib.