Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib

 13:26 17.09.2019     249

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Ceyms Şarp ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik-leytenant Entoni Bramveli Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.

Redaktor.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin orduları arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.