Prezident İlham Əliyev Çili Prezidentini təbrik edib

 18:25 17.09.2019     286

Azərbaycan Prezidenti İlham Əliyev Çili Prezidenti Sebastian Pinyera Eçenikeyə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.