Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü - FOTO

 21:24 18.09.2019     354

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər naziri Luigi Di Maio ilə görüşüb. 

Redaktor.az-ın xəbərinə görə, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Bildirilib ki, nazirlər İtaliya və Azərbaycan arasında iqtisadi-ticari əlaqələri, habelə Azərbaycan Prezidentinin bu ölkəyə gözlənilən səfərini müzakirə ediblər. /apa/