Bu gün sərhədlərin razılaşdırılmamış ərazilərinə ekspertlərin baxışı keçiriləcək

 12:10 23.09.2019     370

Bu gün Gürcüstan və Azərbaycanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə birgə  komissiyanın ekspertlərinin iclasının ikinci mərhələsi başlayacaq.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. 

Bildirilib ki, hər iki ölkədən olan ekspertlər Gürcüstan və Azərbaycanın sərhəd xəttinin 15-ci, 16-cı, 17-ci, 18-ci, 20-ci, 22-ci və 24-cü seksiyalarında müşahidə və geodeziya işləri aparacaqlar.

Qeyd edək ki, ekspertlərin ilk görüşü avqustun 19-23-də keçirilib.