Vladimir Putin Venesuela Prezidenti ilə görüşəcək

 01:17 24.09.2019     326

Rusiya Prezidenti Vladimir Putin Soçidə Qazaxıstan, Filippin və Venesuela dövlət başçıları ilə görüşəcək.

Redaktor.az "Moskovskiy Komsomolets"-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Məlumata görə, görüşlər Valday klubu çərçivəsində baş tutacaq.

Rüfət Xəlil / Redaktor.az