BMT Türkiyənin Suriyada keçirəcəyi hərbi əməliyyata dair çağırış edib

 15:34 07.10.2019     66

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyə ordusunun Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyatlar zamanı mülki əhalinin qorunması ilə bağlı çağırış edib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, BMT-nin yardım üzrə koordinatoru Panos Moumtzis jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin hərbi əməliyyatlara başlayacağı təqdirdə, mülki əhalinin köçürülməsinin qarşısı alınmalıdır.

O qeyd edib ki, Suriyanın şimalında köç başlaması ehtimalına qarşı fövqəladə vəziyyətlə bağlı plan tərtib edilib.

Xatırladaq ki, Ağ Ev Türkiyə Ordusunun Suriyada hərbi əməliyyatlara başlayacağını təsdiqləyib. 

Bundan sonra ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb.