İlham Əliyev Əli Əsədovun Baş Nazir təyin edilməsi haqqında sərəncam imzalayıb

 16:30 08.10.2019     452

Prezident İlham Əliyev Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Redaktor.az-ın xəbərinə görə, sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.