Lavrov və Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

 08:32 11.10.2019     144

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Redaktor.az APA-ya istinadən bildirir ki, görüş Aşqabadda keçirilən MDB XIN başçıları Şurasının iclası çərçivəsində baş tutub.

Görüş zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının həlli yolları ətrafında fikir mübadiləsi aparıblar. Bundan başqa görüşdə Rusiya - Ermənistan ikitərəfli münasibətlərinə dair və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.