"Rəsmi Bakı Vaşinqtona NOTA VERMƏLİDİR" - Konqresmenlərin Qarabağa səfəri təxribatdır

 14:43 11.10.2019     736

ABŞ rəhbərliyi regionda dəyişən nizam fonunda yenə də işğalçılara dəstəyi davam etdirir.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında ABŞ konqresmenlərinin Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər etmələrinə münasibət bildirib.

Politoloq hesab edir ki, Konqres üzvlərinin səfərlərinin qarşısı ABŞ tərəfindən alına bilər:

“ABŞ ATƏT-in Minsk qrupunun həmsdəri olaraq bir neçə dəfə Qarabağ münaqişəsinin həllində aktivlik göstərib. Amma buna baxmayaraq daima ikili standartlardan da münaqişənin həllinə yanaşması olub. ABŞ Konqresinin bəzi üzvlərinin Qarabağa səfər etməsi, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsddir. Birləşmiş Ştatların işğalçı ölkə olan Ermənistana təzyiqlər etmək üçün əlində ciddi rıçaqları var. Təəssüf ki, öz maraqları konteksində bəzi ölkələrə qarşı ciddi təzyiqlər edən Vaşinqton Cənubi Qafqazda öz geosiyasi maraqlarını təhdid edən Qarabağ münaqişəsinin həllində İrəvana təzyiq etmir. Çünki, hələ də erməni lobbisi regionla bağlı ABŞ-ın siyasətinə təsir edə bilir”.

M. Əsədullazadə vurğulayıb ki, ABŞ həmsədr ölkə olaraq buradakı separtçılarla heç bir ünsiyyət qurmamalı, Abxaziya, Cənubi Osetiya və digər separatçılara sərgilədiyi siyasəti buradakılara da göstərməlidir:

“Bu siyasəti dəyişməsə, öz maraqları təhdid ediləcək. Cənubi Qafqaz uğrunda Rusiya ilə rəqabətdə uduzacaq. ABŞ separtizmə və işğala Rusiya ilə eyni siyasət ortaya qoyursa, demək, Vaşinqtonun region siyasəti Moskvanın təzyiqləri ilə üzləşəcək. Bu onu göstərir ki, Vaşinqton bu siyasəti ilə ədalətli şəkildə münaqişəni həll edə bilməz. İlk növbədə ikili standartları aradan qaldırmalı və separtçılara sanskiyalar tətbiq etməlidir”.

Politoloq bildirib ki, ABŞ Konqresinin üzvlərinin işğal olunmuş ərazilərə gəlməyinə görə rəsmi Bakı Vaşinqtona nota verməlidir:

“ABŞ-ın öz siyasətində düzəliş etməsi üçün rəsmi Bakı, Dövlət Departamenti və Kongreslə sıx işləməlidir. Nə qədər ki, onlar bu siyasəti davam etdirəcək, Cənubi Qafqazda möhkəmlənə bilməyəcəklər. Rəqibləri Rusiya ilə eyni siyasəti bölüşəcəklər. Erməni lobbisi Konqresdə birbaşa ABŞ-ın geosiyasi maraqlarını təhdid edir. Amma Amerika rəhbərliyi onlara dəstəyi davam etdirir. Necə ki, Yaxın Şərqdə səhv siyasət aparıb, separtçılara dəstək verməklə, ABŞ-ın maraqlarını təhlükəyə atdılar, analoji siyasəti Cənubi Qafqazda da davam etdirirlər. Separtaçı və işğalçının biri yaxşı, bir pis olmur”.

M. Əsədullazadə qeyd edib ki, həmsədr ölkələrin nümayəndələrinin Qarabağa gəlməsi, bu üç ölkənin Qarabağın Azərbaycandan tədricən qopardılmasına çalışdığını göstərir:

“Ona görə də Azərbaycan mütləq şəkildə dipolamtik və hərbi sahədə çevik siyasət aparmalıdır. Minsk qrupunun formatı dəyişməli, Azərbaycan konkret və prinsipial siyasət ortaya qoymaqla həmsdərlərdən ortaya mövqe qoymasını tələb etməlidir”.

Xatırladaq ki, son zamanlar ABŞ Konqresinin ermənipərəst nümayəndələrinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri intensiv xarakter daşımağa başlayıb.

Firuzə Vahid / REDAKTOR.AZ