Prezident İlham Əliyev Nikol Paşinyanla Qarabağ məsələsini müzakirə edib

 21:26 11.10.2019     198

Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında nahar vaxtı görüş olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin rəhbəri Vladimir Karapetyan bildirib.

“Əliyev və Paşinyan nahar vaxtı söhbət edib. Əsasən Qarabağ münaqişəsinin həlli ilə bağlı aktual məsələlər müzakirə olunub”, - Karapetyan belə deyib. /apa/