İ.Əliyevin çıxışı Nikola zərbə oldu - Rusiyalı ekspert Paşinyana nəyi məsləhət gördü?

Buna susdurmaq yox, məhz ağzının üstündən vurmaq deyirlər.
Redaktor.az bildirir ki, millət vəkili Sahib Alıyev Prezident İlham Əliyevin MDB Dövlət Başçılarının Aşqabad sammitində səsləndirdiyi bəyanata münasibət bildirib.
Millət vəkili hesab edir ki, Paşinyan yaxşı düşünsə, belə bir satqın və cəlladla bütün erməniləri eyniləşdirməklə xalqını o özü təhqir etdiyini görər:
“Azərbaycan Prezidentinin Hitlerə əlaltılıq etmiş Qaregin Njdeyə Ermənistan hakimiyyətinin heykəl qoymasını, faşizmin qəhrəmanlıqlaşdırılması kimi qiymətləndirməsini Nikol Paşinyan erməni xalqına təhqir sayır. Söhbət Nikol Paşinyanın Azərbaycan Prezidentinin Aşqabadda MDB Dövlət Başçıları Şurasının toplantısında çıxışı zamanı guya erməni xalqını təhqir və oradakı dövlət başçılarına isə hörmətsizlik etməsinə İlham Əliyevin verdiyi cavabdan gedir. Ölkə başçısı bu cavabı ilə Paşinyanın ağzının üstündən vurdu”.
Millət vəkili Tahir Mirkişili də məsələ ilə bağlı saytımıza danışıb.
T. Mirkişili hesab edir ki, İlham Əliyevin bu qətiyyətli mövqeyi regionun bütün xalqlarının maraqlarına xidmət edir:
“Müasir dünyada faşizm ideyalarının təbliğ olunması və faşistlərin qəhrəmanlaşdırılması ən təhlükəli meyldir. Ermənistan dünyada nadir ölkələrdəndir ki, faşist Qaregin Njdeyə rəsmi olaraq heykəl ucaldıb və onu milli qəhrəman statusuna yüksəldib. Njdenin faşistlərlə əlaqəsi, 25 minlik erməni faşist legionun yaradılmasında rolu, bütün keçmiş sovet xalqlarından formalaşan sovet ordusuna qarşı döyüşməsi və yəhudilərə qarşı soyqırımda aktiv iştirakı danılmazdır və sənədlərlə artıq sübut olunub. Qaregin Njde həm də 1918-1921-ci illərdə Zəngəzur mahalında yerli azərbaycanlılara qarşı vəhşi cinayətlərin törədilməsinə də başçılıq edib”.
Millət vəkili vurğulayıb ki, belə bir faşist cinayətkara Ermənistan hökuməti tərəfindən heykəl qoyulması ilk növbədə bu ölkənin əvvəlki hökumətinin xislətindən, faşist ideyalarının daşıyıcısı olmasından irəli gəlib:
“Çünki məhz onlar eyni faşist metodları ilə Dağlıq Qarabağda azərbaycanlıların qətlinin müəllifləri idi. Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda MDB ölkələrinin dövlət başçılarının görüşündə bu məsələni qaldırması, tarixi faktlarla əsaslandırması və Ermənistanın indiki hökümətini heykəlin götürülməsinə çağırması, faşizmə qarşı 20 milyondan çox qurban vermiş indiki MDB ölkələrinin ərazisində olan bu qara ləkənin təmizlənməsinə çağırış idi. Bu həm də Ermənistan hökumətinin faşizmə qarşı vuruşmuş öz erməni xalqına hörmət etməsinə bir çağırış idi. Bu həm də indiki erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısının alınmasına bir çağırış idi”.
T. Mirkişili qeyd edib ki, regionda sülh, əmin-amanlıq və mehriban birgə yaşayışda ən çox maraqlı olan ölkə kimi Azərbaycan, qonşuluğunda faşizm ideyalarının çiçəklənməsinə qarşıdır:
“Bunu region xalqları üçün ən böyük təhlükə görürük. Məsuliyyətli və regionun gələcək taleyində maraqlı olan bir lider kimi İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi, regionun bütün xaqlarının maraqlarına xidmət edir”.
Ehtiyatda olan zabit Əlisahib Hüseynov da məsələyə münasibət bildirib.
Ə. Hüseynov hesab edir ki, bu, İlham Əliyevin növbəti effektiv demarşı idi:
“Aşqabadda keçirilən MDB dövlət başçılarının sammitində İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana "sürpriz" hazırlaması və bütün ermənilərlə bərabər Paşinyanın özünün də ideallaşdırdığı, bütləşdirdiyi faşist köpəyi Qaregin Njdeyə İrəvanda abidə ucaldılmasını gündəmə gətirməsi, sözün əsl mənasında diplomatik və siyasi demarş idi. İlham Əliyev II Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının oynadığı rolu xatırlatdı və haqlı olaraq qeyd etdi ki, MDB dövlətlərinin bəzilərində, xüsusilə də Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması halları baş verir. Azərbaycan lideri Ermənistanın bu gün də faşizmə dəstək verdiyini və faşist siyasət yürütdüyünü qeyd etdi. Paşinyan İlham Əliyevin bu haqlı fikirlərini təkzib etməyə çalışsa da, lakin məntiqsiz fikirləri ilə özünü bir az da çətin vəziyyətə saldı”.
Ə. Hüseynov bildirib ki, indi Paşinyanın siyasi iflası bir qədər də sürətlənəcək:
“Paşinyanın savadsız və saxtakar çıxışını şərh edən Rusiyanın “Milli müdafiə” jurnalının baş direktoru, tanınmış hərbi ekspert İqor Korotçenko haqlı olaraq Paşinyana Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən nəşr olunan 12 cildlik “1941-1945-ci illər Böyük Vətən Müharibəsi” ensiklopediyasını oxumağı tövsiyə edib və erməni baş nazirə təhsilindəki boşluğu doldurmağı təklif edib. İlham Əliyevin bugünkü parlaq diplomatik revanşının Paşinyanı növbəti dəfə öz ölkəsində siyasi qüvvələrin və erməni ictimaiyyətinin sərt təpkilərinə məruz qoyacağı şəksizdir”.
Firuzə Vahid / REDAKTOR.AZ