Deputat Knyaz Həsənov kürdləri ABŞ səfirliyinin qarşısına toplayır

 14:50 15.10.2019     471

Ermənistanda yaşayan kürdlər ABŞ-ın Yerevandakı səfirliyi qarşısında bu gün etiraz aksiyası keçirəcəklər.

Məlumatı erməni qəzeti “Qraparak” yayıb.

Aksiyanın Ermənistan Kürd Milli Şurasının təşkilatçılığı ilə keçiriləcəyi vurğulanıb. Belə ki, aksiyaya deputat Knyaz Həsənovun rəhbərlik edəcəyi bildirilib.

Qeyd edək ki, K.Həsənov yezidi kürdləri icmasının nümayəndəsidir. O, uzun illərdir yezidi kürdlərini Ermənistan parlamentində təmsil edir.//Virtualaz.org