“Suriyanın şimalında 1000 kvadrat kilometr ərazi terrorçuların işğalından azad edilib”

 14:19 15.10.2019     255

"PKK, İŞİD, FETÖ kimi terror təşkilatlarının varlığı təhlükəsizlik sahəsində əməkdaşlığımızın əhəmiyyətini artırıb”. 

Redaktor.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bu il oktyabrın 9-dan etibarən PKK terrorçularına qarşı aparılan “Sülh çeşməsi” hərbi əməliyyatları uğurla davam edir:

“"Sülh çeşməsi” hərbi əməliyyatlarının iki əsas məqsədi var. Birinci olaraq Suriyanın şimalında PKK təhdidinin tamamilə aradan qaldırılmasıdır. İkinci əsas vəzifəmiz isə, 8 ildir qonaq etdiyimiz 3 milyondan çox suriyalı ərəbin öz torpaqlarına qaytarılmasını təmin etməkdir”.

Türkiyə Prezidenti qeyd edib ki, Suriyanın şimalında aparılan hərbi əməliyyatlar nəticəsində təxminən 1000 kvadrat kilometr ərazi terrorçuların işğalından azad edilib:

“Menbiçdən İraq sərhədimizə qədər ərazini təhlükəsiz bölgəyə çevirəcəyik. İlk mərhələdə 1 milyon, daha sonra isə 2 milyon suriyalı qaçqının öz torpaqlarına könüllü qayıdışını təmin edəcəyik. Hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik”.//Apa.az