Azərbaycan və Ermənistan XİN başçıları Slovakiyada görüşə bilərlər

 14:55 16.10.2019     345

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ilin dekabr ayında görüşə bilərlər.

Redaktor.az-ın verdiyi xəbərə görə, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

O qeyd edib ki, razılaşma olacağı təqdirdə, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü dekabrda Slovakiyanın paytaxtı Bratislavada ATƏT-in xarici işlər nazirlərinin iclası zamanı baş tuta bilər.//Apa.az