Regionlararası əlaqələrin Rusiya-Azərbaycan münasibətlərində əhəmiyyəti böyükdür

 15:58 08.11.2019     445

"Regionlararası əlaqələrin Rusiya-Azərbaycan münasibətlərində əhəmiyyəti böyükdür". 

Redaktor.az-ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Noyabrın 22-23-də Moskvada Rusiya-Azərbacan regionlararası forumunun keçiriləcəyini xatırladan Rusiya XİN sözçüsü bu tədbirin 10-cu - yubiley forumu olduğunu söyləyib:

"Tədbirin təşkilatçıları qismində Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyi çıxış edirlər. Forum artıq özünü nüfuzlu müzakirə meydançası kimi təsdiqləyib. Bu tədbir dövlət hakimiyyəti orqanlarını, Rusiya regionlarının başçılarını, işgüzar və ekspert dairələrini ölkələrimiz arasında əməkdaşlığın dair aktual məsələlərini müzakirə etmək üçün birləşdirir.

Xatırladırıq ki, regionlararası əlaqələrin ikitərəfli Rusiya-Azərbaycan münasibətlərində əhəmiyyəti böyükdür. Bu münasibətlər genişlənməyə davam edir. Rusiyanın 70-dən çox regionu bu münasibətlərə cəlb olunub. Rusiyanın 17 subyektinin Azərbaycanla birbaşa iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlığa dair sazişi var".//Apa.az