Politoloq nazir Elmar Məmmədyarovu TOPA TUTDU

 16:45 08.11.2019     614

Bu format əsirlərin dəyişdirilməsində Ermənistana təsir edə bilmirsə, hər hansı bir münaqişənin həllinə öz töhfəsini verə bilməz.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Minsk qrupunun həmsədrlərinin ATƏT-in dönəm sədri Layçakla görüşərək Qarabağ münaqişəsinin nizamlanması barədə hesabat təqdim etmələrinə münasibət bildirib.

Politoloq hesab edir ki, həmsədrlər dekabrın 5-6-da Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdikdən sonra, bu ili də gündəmsiz və nəticəsiz başa vuracaqlar:

“Ümumiyyətlə, hesabat demək olar ki, manipulyasiyadır, münaqişənin həllində müsbət dəyişikliklər vəd etmir. Bundan əlavə həmsədr üç ölkə açıq şəkildə erməni separtizminə dəstək verir. Qondarma rejimin nümayəndəsinin Fransa, ABŞ və Rusiyaya səfəri, rəsmi Bakının etiraz notaları buna sübutdur. Bundan sonra da biz Minsk qrupunun fəaliyyətinə ümid etməməliyik. Azərbaycan yeni formatlar üzərində işləməli, xarici işlər nazirliyi quru bəyanatlardan praktiki işə keçməlidir. Separatçı qurumun nümayəndəsinin Avropa, ABŞ və Rusiyaya səfərləri Xarici işlər nazirliyinin yarıtmaz işinin məntiqi nəticəsidir”.

M. Əsədullazadə vurğulayıb ki, 25 ildən artıq davam edən bu format özünü doğrultmayıbsa, bunun yenilənməsinə ehtiyac var:

“Avropa və ABŞ yalnız müharibə müstəvisinə keçərsə, proses də fəal ola bilər”.

Firuzə Vahid / REDAKTOR.AZ