"Moskva Azərbaycanda rus dilinin lazımi səviyyədə qorunub saxlanmasından məmnundur"

 16:34 08.11.2019     260

Rəsmi Moskva Azərbaycanda rus dilinin lazımi səviyyədə qorunub saxlanmasından və inkişafından məmnundur.

Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Biz Azərbaycanın rus dilinin lazımi səviyyədə qorunub saxlanmasında və inkişafında gördüyü işlərə hörmətlə yanaşırıq" - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Rusiya-Azərbaycan münasibətlərinin inkişafından danışan xanım Zaxarova bu münasibətlərin tədricən və dinamik şəkildə inkişaf etdiyi söyləyib:

"Ölkələrimizi ortaq tarix, müasirlik və təbii ki, gələcək bağlayır. Buna görə də bu əlaqələrin inkişafı gələcəyə istiqamətlənib və böyük perspektivə malikdir".//Apa.az