Lavrovun Dağlıq Qarabağla bağlı fikrinin Azərbaycan üçün NƏTİCƏLƏRİ

 11:31 12.11.2019     636

Bizdə bir müddət yanlış təbliğat aparıldı ki, guya Moskva Paşinyandan, Paşinyan da Rusiyadan üz döndərib.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Mediamaks” Agentliyinə müsahibəsində dediyi fikirlərə münasibət bildirib.

Politoloq hesab edir ki, Lavrovun cavablarından iki əsas məsələyə diqqət etmək lazımdır:

"Lavrov xüsusilə vurğulayıb ki, "Nikol Paşinyan Rusiya ilə strateji müttəfiqliyi dərinləşdirmək siyasətinə sadiqdır”, “İrəvanın xarici siyasəti Moskvanı qane edir”. Lavrovun Dağlıq Qarabağ münaqişəsiylə bağlı söylədiyi bir başqa fikir də Ermənistanın maraqları ilə tam üst-üstə düşür. Belə ki, o, Dağlıq Qarabağın statusu hüquqi nöqteyi nəzərdən öz müqədərratın təyini yolu ilə həll edilməli olduğunu qeyd edib. Rusiya rəsmiləri ara-sıra Paşinyandan narazılıqlarını ifadə edə bilərlər, ancaq konseptual məsələlərdə Ermənistanın hazırki baş nazirindən narazı deyillər. Lavrovun Dağlıq Qarabağın statusu ilə bağlı fikri isə bu deməkdir ki, Azərbaycan bölgənin statusunu müəyyənləşdirəcək referendumun keçirilməsi ilə razılaşmalıdır. Biz həmin “refendumun” nə ilə nəticələnəcəyini yəqin bilirik. Lavrovun “məsləhətinin” də elə həmin “nəticəyə” xidmət etdiyi bəllidir".

Firuzə Vahid / REDAKTOR.AZ