“Əli Əkbər Vilayətini Bakda həbs edin, bizə təhvil verin…” - ŞOK İDDİA

 06:17 12.11.2019     328

Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.

Redaktor.az xəbər verir ki, bu sensasion məlumatı “The Jerusalem Post” qəzeti yazıb.

Argentina hüquq-mühafizə orqanları İranın keçmi xarici işlər naziri, hazırda Ali dini lider Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri olan Əli Əkbər Vilayətinin 1994-cü ildə Buones-Ayresdəki Yəhudi Mədəniyyət Mərkəzinə qarşı həyata keçirilmiş terror aktında iştirakına dair təkzibedilməz sübutlara malikdir. Vilayəti noyabrın 14-15-də Bakıda keçiriləcək ikinci Dini Liderlər sammitində iştirak edəcək. /virtualaz/