“NATO Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir” - Stüart Piç

 17:45 26.11.2019     286

NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir.

Redaktor.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü zamanı bildirib.

Stüart Piç Alyansın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.