İran Norveçə etiraz notası göndərib

 23:21 26.11.2019     689

İran Norveçin Tehrandakı müvəqqəti işlər vəkilini XİN-ə çağırıb və  bu ölkəyə etiraz notası verib.

Redaktor.az-ın məlumatına görə, Norveçdə "İslamlaşmağı dayandıraq" sağçı millətçi qrupun "Quran-i Kərim"in nüsxəsini yandırmaq cəhdini qınayan İran XİN bu addıma sərt etiraz edib.

Notada bu kimi pis hərəkətlərin Norveçdə ifratçılıq və zorakılığın geniş yayılmasına səbəb olacağı ilə bağlı xəbərdarlıq edilib. /apa/