“Vişeqrad qrupu” ölkələri XİN nümayəndə heyəti Azərbaycanda səfərdədir

 16:41 27.11.2019     351

“Vişeqrad qrupu” (Polşa, Çexiya, Slovakiya və Macarıstan) ölkələrinin Xarici İşlər nazirliklərindən (XİN) olan nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Redaktor.az-ın xəbərinə görə, səfər zamanı nümayəndə heyətinin üzvləri bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə enerji təhlükəsizliyi, Avropa İttifaqı-Azərbaycan münasibətləri, qonşu ölkələrlə əlaqələr müzakirə olunacaq.

Qeyd edək ki, “Vişeqrad qrupu”nun məqsədi Polşa, Çexiya, Slovakiya və Macarıstan arasında hərbi, iqtisadi və enerji sahəsində əməkdaşlığı daha da yaxınlaşdırmaqdır. “Vişeqrad qrupu”nun əsası 1991-ci ildə Çexoslovakiya, Macarıstan və Polşa tərəfindən qoyulub. 1993-cü ildə Çexoslovakiyanın parçalanmasından sonra “Vişeqrad qrupu”nun üzvlərinin sayı 4-ə çatıb. //Apa.az