“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərilməlidir”

 14:45 28.11.2019     364

“ATƏT Avropanın təhlükəsizliyi və sabitliyi üçün qurulmuş çox vacib bir beynəlxalq təşkilatdır. ATƏT-in üzərinə düşən vacib vəzifələrdən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir”.

Redaktor.az-ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, münaqişənin tezliklə həlli üçün daha çox səy göstərilməlidir.

“Çox təəssüf ki, aradan keçən illərə baxmayaraq, problemin həlli mümkün olmayıb. Həm BMT, həm də ATƏT-in irəli sürdüyü parametrlərdə münaqişənin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Lakin, hələ də Azərbaycan əraziləri işğaldan azad olunmayıb. ATƏT-in Minsk qrupu həmsədrlərinin həll yolu tapacaqlarına ümid edirik” - deyə Türkiyə səfiri qeyd edib.//Apa.az