ATƏT sədrindən azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə MÜNASİBƏT

 14:11 28.11.2019     239

Azərbaycanda səfərdə olan Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib.

Redaktor.az-ın xəbərinə görə, M. Layçak bildirib ki, prosesi çox yaxından izləyir.

“Bildiyiniz kimi, Slovakiya bu il ATƏT-ə sədrlik edir. İki ölkə arasında jurnalistlərin qarşılıqlı səfərləri müsbət haldır. Bu, iki ölkə arasında etimadı, inamı artırır, atmosferi mülayimləşdirir və gərginliyi azaldır. İnanıram ki, bu səfər siyasi şəraiti yaxşılaşdıracaq. Ümid edirəm ki, Slovakiyanın sədrliyi münaqişənin həllinə töhfəsini verəcək” - deyə ATƏT sədri vurğulayıb.//Apa.az