Fransa parlamentinin üzvləri Azərbaycanla bağlı hesabat hazırlayacaqlar

 12:30 29.11.2019     483

“Fransa parlamentinin üzvləri Azərbaycanla bağlı hesabat hazırlayacaqlar”.

Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

Səfir bildirib ki, Azərbaycanda bir sıra görüşlər keçirən Fransa parlamentinin üzvləri hazırda Gürcüstandadırlar: “Onlar Azərbaycan və Gürcüstana səfər ediblər. Parlamentin üzvləri səfər zamanı Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığı qiymətləndiriblər. Eyni zamanda onlar bu regionda əməkdaşlıq sahəsində istək və gözləntiləri öyrənmək niyyətindədirlər”.

Z. Qross qeyd edib ki, Fransa parlamentinin üzvləri səfərin yekunlarına dair hesabat hazırlayacaqlar və hesabat parlamentə təqdim olunacaq.

Xatırladaq ki, Fransa Parlamentinin üzvləri Caroline Janvier və Joaquim Pueyo Azərbaycanda səfərdə olublar.