"Deyilənlərin əksəriyyəti doğrudur" - Qulu Məhərrəmli ƏLİ HƏSƏNOVU GÜNAHLANDIRDI

 12:59 30.11.2019     1559

Xəbər verdiyimiz kimi, ötən gün dövlət başçısı İlham Əliyev ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovu vəzifəsindən azad edib. Ümumiyyətlə, Həsənovun rəhbərlik etdiyi şöbə ləğv edilib.

Redaktor.az xəbər verir ki, yeni təyinatlar və işdən çıxarılmalarla bağlı ən çox müzakirə olunan xəbər, Əli Həsənovun şəxsində oldu və davam etməkdədir. Sosial şəbəkələrdə, bir çox sayt və portallarda geniş müzakirələr açılıb. Bu müzakirələrin əsas xətti isə budur: "Azərbaycan mediasına basqı edən, hakimiyyəti təhdid təyinatlı troll ordusunu saxlayan adam vəzıfədən çıxarıldı".

Əli Həsənov isə BBC Azərbaycana müsahibəsində ünvanına deyilən bu ittihamları belə cavablandırdı:

O ki qaldı hansısa trollar ordusuna, guya o trollar ordusuna mən rəhbərlik edirəm, mənim getməyimlə o trollar ordusunun fəaliyyəti dayanacaq, bu, tamamilə yalan və böhtandır”.

Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi Qulu Məhərrəmli isə Azərbaycan mediasınin hazırkı acınacaqlı duruma düşməsində Əli Həsənovun böyük payı olduğunu hesab edir:

“Belə deyək, mətbuatı tənzimləyən adamın getməsinə müxtəlif reaksiyalar var. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı deyilənlərin əksəriyyəti doğrudur. Medianın belə hala düşməsi yalnış və bəlli siyasətin nəticəsidir. Ölkə rəhbərliyinin bu məsləyə diqqət yetirməsi çox önəmlidir. Artıq, hamı dərk edir ki, belə mətbuat, televiziya olmaz!”

Qeyd edək ki, hökumət kulislərində yanvar ayından media ilə bağlı ciddi tədbirlərin görüləcəyi haqda xəbərlər dolaşır. Yəni, bundan sonra hər kəs domen adı alıb, xəbər saytı aça bilməyəcək. Mövcud qanunlardakı boşluqlar aradan qaldırılacaq, prosedur daha da sərtləşdiriləcək. 

Ehtimal edilir ki, Əli Həsənovun işdən azad edilməsindən sonra, onun nəzarət etdiyi bir çox media orqanları da sivil qaydada təftiş olunacaq və hüquqi qiymətin nəticəsi olaraq bağlanma halları da baş verəcək. 

Oral Mədənçi / Redaktor.az