Prezident İlham Əliyev: “TANAP və Cənub Qaz Dəhlizi eyni zamanda enerji təhlükəsizliyi layihəsidir”

 18:55 30.11.2019     337

“TANAP və Cənub Qaz Dəhlizi layihəsi eyni zamanda enerji təhlükəsizliyi layihəsidir”.

Redaktor.az apa-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün dünya səviyyəsində enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəmini zəbt edib: "Burada hesab edirəm ki, çox gözəl işbirliyi formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənfəətlərimiz də birdir, faydamız da ədalətli şəkildə bölüşülür və bir də demək istəyirəm ki, bütün bu layihələr bölgədə sabitliyi möhkəmləndirir. Mən əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq və Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!”