Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

 17:43 02.12.2019     318

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Redaktor.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: "Hörmətli Vladimir Vladimiroviç, 

Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".//Apa.az